"Söhbət maddiyata gələndə Günay boynuna götürmədi"

"Söhbət maddiyata gələndə Günay boynuna götürmədi"
3521 dəfə oxunub
  • A-
  • A
  • A+

"Duet qarşılıqlıdır, iki nəfər oxuyur. Ola bilər kiminsə imkanı az, kiminsə çox olar. Qarşılıqlı qatqı olmalıdır. Biri mahnını bəstələyirsə, bu da onun haqqıdır. Mənəvi əziyyət çəkib və pulu ortaya qoyur. Ya da qarşı tərəf deyir, bu dəfə mən edim, gələn dəfə sən edərsən".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elçin Cəfərov "Özəl" proqramında deyib. Sənətçi oxuduğu duetlərdən danışıb. Proqramın aparıcısı Kazım Sübhan isə Günay İbrahimli ilə bağlı etiraf edib.

"Duet təklifi səndən gəlirsə, bütöv işi sən üzərinə götürürsən. Əgər ikiniz birlikdə qərar verirsinizsə, həm maddi, həm mənəvi tərəflərini bölüşürsünüz. Günay İbrahimli ilə duet oxumaq istəyirdiniz. Maddiyata gələndə söhbət dayandı. Günay maddi tərəfini boynuna götürmək istəmədi" deyə, aparıcı bildirib.

"Günay haqqında demək istəmirəm. Amma duet qarşılıqlıdır. Bizim Sevda Yahyayeva ilə duetimiz oldu, sevildi. Toya gedəndə mahnını tək oxuya bilərsən, amma efirə çıxmaq qətiyyən. Buna istifadə kimi, cılız yanaşma kimi baxıram" deyə, Elçin cavab verib.