Sabah ilin sonuncu Günəş tutulması olacaq

Sabah ilin sonuncu Günəş tutulması olacaq
931 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabah 2021-ci ilin ikinci Günəş tutulması baş verəcək.

Axşam.az xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, bu, tam Günəş tutulması olacaq. Tutulma hadisəsi 09:29:16-da başlayacaq və 13:37:26-da sona çatacaq. Tutulmanın maksimumu 11:34:38-də olacaq. Tutulma hadisəsi 4 saat 8 dəqiqə davam edəcək. Qismən tutulma hadisəsi Avstraliyanın, Afrikanın, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında, tam tutulma isə Antarktidada müşahidə olunacaq.

Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

Qeyd edək ki, ilin ilk Günəş tutulması iyunun 10-da olmuşdu.