Bu şəhərin gecə klublarında rəqs etmək qadağan olundu

Bu şəhərin gecə klublarında rəqs etmək qadağan olundu
1997 dəfə oxunub
  • A-
  • A
  • A+

Almaniyanın paytaxtı Berlində qapalı gecə klublarında rəqs etmək qadağan edilib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu qərar koronavirusun yayılmasının qarşısını almaq məqsədi daşıyır.

Məkanlarda rəqs etmək qadağan olunsa da, klublar ənənəvi qaydada fəaliyyətini davam etdirəcək. Vətəndaşların açıq havada rəqs etməsinə isə icazə veriləcək. Lakin bu, yalnız vaksinasiyadan keçmiş və koronovirusdan sağalmış şəxslər şamil olunur.

Qərar dekabrın 8-dən gələn il yanvarın 2-dək qüvvədə olacaq.