Nadir Qafarzadənin oğlunun toyundan - Video+Fotolar

Nadir Qafarzadənin oğlunun toyundan - Video+Fotolar
33617 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, bu gün müğənni Nadir Qafarzadənin oğlu Loğmanın toyudur.

Axşam.az xəbər verir ki, şəhər restoranlarından birində keçirilən məclisin aparıcılığı Əməkdar artist Elşən Cəbrayılova həvalə olunub. Gecədə şou-biznes nümayəndələri də iştirak edir.

Övladının toyunda qonaqları salamlayan sənətçi kövrəlib və hisslərini dilə gətirib:

"Bu gün çox dəyərli gündür. Həftələrdir, aylardır yaxşı yata bilmirəm. Mən özümü, yoldaşımı təbrik edirəm". 

Qeyd edək ki, Qafarzadənin Əziz adlı daha bir oğlu var.