Zarinanın rejissorlardan qəribə istəyi

Zarinanın rejissorlardan qəribə istəyi
14540 dəfə oxunub
  • A-
  • A
  • A+
"İki qanunum var: birincisi peşəkar olmayan aktyor və aktrisa ilə oynamıram. Bu insanın incəsənətə yaxınlığı yoxdursa, deyirəm, sağ olun. İkincisi, yeməyim vaxtında gəlməlidir, qarınquluyam. Səhərdən axşama kimi yeyirəm".

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Zarina Qurbanova "Səhər mərkəzi" proqramında deyib. Sənətçi film dəvəti alan zaman rejissorlardan istədiyi iki tələbini açıqlayıb:

"Dünyada belə bir təcrübə var: əgər müğənni filmə çəkilirsə, əvvəl ona dərs keçirlər. Sonra gətirirlər ki, çəkil. Bizdə o yoxdur".