Novruz Qartal dəfn edildi - Yenilənib+Fotolar

Novruz Qartal dəfn edildi - Yenilənib+Fotolar
9166 dəfə oxunub
  • A-
  • A
  • A+

Gəncə şəhərinin “İmamzadə” ziyarətgahında Əməkdar artist Novruz Qartalla vida mərasimi başlayıb.

Axşam.az APA-ya istinadən xəbər verir ki, vida mərasimində artistin ailə üzvləri, sənət yoldaşları, şəhər icra hakimiyyətinin nümayəndələri, Gəncə Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Gəncə Dövlət Dram Teatrı kollektivi və şəhər ictimaiyyəti iştirak edir.

Vida mərasimindən sonra Əməkdar artist Gəncənin “İmamzadə” ziyarətgahındakı qəbiristanlıqda dəfn olunacaq.

Qeyd edək Novruz Qartal ötən gün axşam saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib.

*** 

Əməkdar artist Novruz Qartal Gəncədə dəfn edilib.

Sənətçi Gəncə şəhərinin “İmamzadə” ziyarətgahında torpağa tapşırılıb.