"Kişi elə xəyanət etməlidir ki, qadın bilməsin" - Video

"Kişi elə xəyanət etməlidir ki, qadın bilməsin" - Video
2869 dəfə oxunub
  • A-
  • A
  • A+
"Deməsəm olmaz" proqramında Əməkdar artist Elza Seyidcahanın "Qadın ərinin xəyanətini bağışlamalıdır" söhbəti müzakirə olunub.

Axşam.az xəbər verir ki, stilist Elnur Həsənov kişi xəyanətindən danışıb. O, kişilərin hər zaman xəyanət etdiyini söyləyib:

"Xəyanət kişilər tərəfindən hər zaman olub və olacaq da. Əsas odur ki, xəyanət edəndə bildirməməlidir. Elə bir kişi yoxdur ki, xəyanət etməsin. Heç kim deyə bilməz bunu. İki faiz bəylər deyə bilər ki, xəyanət etmirəm. Yanında övladı olan bir qadın xəyanət edirsə, düzgün alınmır. Onun xəyanəti təkcə həyat yoldaşına yox, atasına, anasına, qardaşına, bütün nəslinədir. Bir xanım 3 övladı ilə ayrılıb nə edəcək? Qadın göz yummalıdır. Çarəsi tapılmalıdır. Ailə başçısı xanımına hörmət etməlidir. Etməsə daha gözəl, amma edirsə, evə gələndə mesajı silməlidir".  

Jurnalist Zəhra Əhmədova isə ona "Kişi özünə hörmət tələb edirsə, qadına da hörmət etməlidir. Bəzi məqamlar olur ki, qadın göz yuma bilmir" cavabını verib.