DİN körpəni vuran tərbiyəçi ilə bağlı araşdırmaya başladı - Video

DİN körpəni vuran tərbiyəçi ilə bağlı araşdırmaya başladı - Video
5444 dəfə oxunub
  • A-
  • A
  • A+

Sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddət göstərilməsi ilə bağlı videogörüntü yayılıb.

Axşam.az-ın məlumatına görə, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, hazırda yayılan görüntülərin nə vaxt və hansı bağçada baş verməsi ilə bağlı araşdırma aparılır.

"Araşdırmanın nəticəsi barədə məlumat veriləcək", deyə qurum rəsmisi bildirib.