Tolikin MAXE-ləri təhqir etməsi ilə bağlı - Rəsmi Açıqlama

Tolikin MAXE-ləri təhqir etməsi ilə bağlı - Rəsmi Açıqlama
4253 dəfə oxunub
  • A-
  • A
  • A+

Daxili İşlər Nazirliyi (DİN) canlı yayımda MAXE-ləri təhqir edən prodüsser Tarix Əliyev (Tolik) barəsində məsələyə aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Axşam.az-a bildirib ki, Tarix Əliyev özü özü ilə bağlı tədbir görüb:

"Sosial şəbəkə hesablarında aralarında yaranan mübahisəyə aydınlıq gətirib".

Qeyd edək ki, Prodüser Tolik (Tarix Əliyev) canlı yayımda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını (MAXE) təhqir etmişdi. “Tiktok” sosial şəbəkəsində izləyiciləri ilə söhbət zamanı MAXE-lərlə bağlı nalayiq fikirlər səsləndirən Tolik bildirib ki, onu əsgərlər qoruyur: “MAXE kimdir ki, məni qorusun? MAXE dövlətin kəbinli arvadıdır. Aybaay maaş alır. Məni qoruyan mənim əsgərimdir. MAXE yataqxanada yatanda, mənim əsgərim postda dayanır”.