"Bundan sonra uşaqlarımı bağçaya, məktəbə necə aparacağam?"

"Bundan sonra uşaqlarımı bağçaya, məktəbə necə aparacağam?"
4460 dəfə oxunub
  • A-
  • A
  • A+

Sosial şəbəkələrdə uşaq bağçasında körpəyə qarşı şiddət göstərilməsini əks etdirən görüntülər müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, ötən gündən məsələ ilə bağlı instaqramda yüzlərlə paylaşımlar edilib. Onlar arasında tanınmış simaların da paylaşımları yer alıb.

Aparıcı Xoşqədəm Hidayətqızı yayımladığı statusda bu cür tərbiyəçilərin ciddi cəzalandırılmasını bildirib:

"Dünən övladlarıma qovuşduğum üçün xəbərləri izləməmişdim. Səhər qarşıma ilk bu video çıxdı. Dəhşət içərisindəyəm, əsəb məni boğur. Övladlarım üçün qorxuram. Bu görüntüdən sonra uşaqlarımı bağçaya, məktəbə necə aparacam? Və ya digər valideynlər? Bu artıq neçənci dəfədir? Bu cür tərbiyəçilər cəzalandırılmır, iş başındadır. Görəsən bu "tərbiyəçilər" işə götürülərkən psixoloji durumu yoxlanılır? Yoxsa hər yoldankeçən bu cür tərbiyəsiz tərbiyəçilər işə götürülür? Bu cür tərbiyəçiləri işə götürən bağçaları açanların, sahiblik edənlərin kimliyi araşdırılmalıdır. Sonra da bu cür qəddar, iyrənc, bir körpəyə əl qaldıracaq qədər vicdansız, qadın, ana adına ləkə olan o "tərbiyəçi"ni tərbiyələndirmək lazımdır. Körpələrə qaldırılan əl qırılmalıdır".

Əməkdar artist Abbas Bağırov isə "Tərbiyəsiz və qanacaqsız "tərbiyəçi" tərəfindən amansızcasına başından vurulur. Bu uşağın yerində hər birimizin övladı ola bilər. Belə insanları evdən çölə buraxmaq olmaz, nəinki tərbiyəçi işləsin haradasa" deyə, paylaşımında yazıb.

Aparıcı Zaur Baxşəliyev də məsələyə biganə qalmayıb. "Tərbiyəsiz tərbiyəçi. Belə insanlar necə baxçada tərbiyəçi olur? Kim təyin edir onları? Hansı meyarlara görə təyin edirlər? Bunun vidinə bax. Ən son söyüşləri yazmaq istəyirəm ki, hirsim soyusun" deyə, o, paylaşımında yazıb.

Aparıcı Lamiyə Ələkbərova isə "Bu nə tərbiyəsizlikdir? Uşağın başından elə elə vurdun ki, elə bildim zərbə mənim başıma dəydi. Əllərin qırılsın, bu körpənin başına niyə vurursan, tərbiyədən bixəbər tərbiyəçi?" deyə, vurğulayıb.

Müğənni Ayan Babakişiyeva isə "Əlimdə olsa, bu dəqiqə səni boğaram. Alçaq, sən kimsən o balaca körpəyə əl qaldırırsan? Uşaq, körpə mənim ən zəif nöqtəmdir. Kimin balası olur-olsun, heç kimin haqqı yoxdur körpəni incitməyə. Yazıq bala sakit də uşaqdır. Ağlamır belə" deyərək, məsələyə reaksiya verib.

Qeyd edək ki, hazırda bağçanın müdiri Tükəzban Məmmədovadır. Videosu yayılan uşağa şiddət göstərən tərbiyəçi isə 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışovadır. Həmin şəxs ailəlidir, 2 övladı var.