8 peşə öyrənən Yusuf Güney: "Xəyalım tır sürücüsü olmaq idi"

8 peşə öyrənən Yusuf Güney: "Xəyalım tır sürücüsü olmaq idi"
1494 dəfə oxunub
  • A-
  • A
  • A+

"13 yaşımda ailəmlə İngiltərəyə getdik. Çətin vaxtlarda orada yaşamağa başladıq. Qürbətdə idim, ingilis dilindən anlayışım yox idi. Yolları tanımırdım, avtobusa belə minə bilmirdim. Qohumlarımın sayəsində gəzirdik. Əkizlər bürcü olduğum üçün 1 il ərzində hər şeyi öyrəndim".

Axşam.az xəbər verir ki, bu sözləri hazırda İngiltərədə yaşayan, əslən azərbaycanlı olan müğənni Yusuf Güney "Tam vaxtıdır" verilişində qonaq olarkən deyib. Sənətçi proqramda 8 peşə sahibi olduğunu bildirib:

"Orada oxuya bilmədim, məktəbdən çıxdım, işləməyə başladım. İlk olaraq 14 yaşımda kababçı kimi çalışdım. Sonra sıxıldım, dedim ki, gün ərzində adam 16-17 saat işləməz. Riçard adlı ingilis var idi. Fabrikaların birində forklift (kiçik yükqaldırma texnikası) ustası işləyirdi. Məni yanında işə götürdü. Forklift ustası, operator oldum. Daha sonra tikinti qülləli kranda operator kimi işə başladım. Limanlarda yükləri gəmilərə yükləyirdim. Bir müddət sonra məqsəd qoydum ki, tır sürücüsü olacağam. Xəyalım tır sürücüsü olmaq idi. İngiltərədə həmin işdə yaxşı pul var. Bunun üçün 21 yaşımın tamam olmasını gözləyirdim. 3 il ərzində paxlava ustası, italyan mətbəxi şefi kimi çalışdım. Dönər fabrikasında ətləri şişə də yığdım. Hər şeydən az da olsa keçdim. Həyatı kiçik yaşlarda öyrəndim. Yaxşı ki, belə oldu. Çünki insan dırnaqları ilə bir pilləyə çatanda aldığı evi, avtomobili daha dəyərli olur".