Tağıyevin heykəlinə zərər yetirən şəxslər saxlanıldı

Tağıyevin heykəlinə zərər yetirən şəxslər saxlanıldı
1559 dəfə oxunub
  • A-
  • A
  • A+

Hacı Zeynalabdin Tağıyevin Bakıdakı heykəlinə zərər yetirən şəxslər müəyyən olunaraq saxlanılıb.

Bunu Axşam.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

DİN rəsmisi hazırda araşdırmaların davam etdirildiyini bildirib.

E.Hacıyevin sözlərinə görə, heykəlin qoparılan elementi heykəltaraşın iştirakı ilə yerinə bərpa edilib.

Xatırladaq ki, ötən axşam açılışdan sonra Tağıyevin yeni açılışı olan heykəli zədələnib, onun əlindəki təsbeh sınaraq yerə düşüb.