"Şuşa" adını saxladıqlarını yalan deyib? - Fotolar

"Şuşa" adını saxladıqlarını yalan deyib? - Fotolar
7446 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında Azərbaycanı təmsil edən "Şuşa" komandasının adı dəyişdirilərək "Buta" edilib. Bu isə müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, məsələ ilə bağlı komandanın rəhbəri, ssenarist və prodüser Müşviq Abbasov videoaçıqlama yayıb və adın dəyişdirilmədiyini bildirib:

"Heç kim komandanın adını dəyişməyib. "Şuşa" komandası var və qalacaq. Son iki gündə lazımli şəxslərlə keçirdiyim gərgin və mübahisəli görüşlərdən sonra belə qərara gəlindi ki, "Şuşa" komandası Rusiyanın Sankt-Peterbuq şəhərində keçirlən mərkəzi liqalarının birində oynayacaq. Hər şey əladır. Bəzi bədbəxtlərin sevinci uzun çəkmədi".

M.Abbasovun bu açıqlamasına baxmayaraq KVN-in rəsmi saytında və instaqram səhifəsində Azərbaycanın "Şuşa" komandasının adı "Buta" kimi yazılıb. "Buta" adı dəyişdirilməyərək saxlanılıb.