"O qədər estetik etdiriblər ki, kişini itirməkdən qorxurlar" - Elzadan həmkarlarına

"O qədər estetik etdiriblər ki, kişini itirməkdən qorxurlar" - Elzadan həmkarlarına
1301 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Elza Seyidcahan bir müddət əvvəl səsləndirdiyi "Qadınların borcudur ki, hər zaman ərlərinin xəyanətini bağışlasınlar" ifadəsi barədə yenidən danışıb.

Axşam.az xəbər verir ki, "Onda görüşək" proqramında qonaq sənətçi onu tənqid edən xanım həmkarlarına sərt cavab verib:  

"Şəxsən mənim həyat yoldaşım da, başımın tacı da Allah və sənətimdir. Onu bilirsən hansı xanımlar deyib mənim üçün? Saçına əl atsam, qaynaqdır. Kirpiyinə əl atım, əlimdə qalacaq, dişi özünün deyil. Çünki onlar o qədər qorxurlar ki, kişi itirməkdən. Sənətləri qalıb kənarda, ancaq özləri ilə məşğul olurlar. Onları səs tembrlərindən tanıyaram. Artıq o qədər estetik əməliyyatın içinə girib-çıxırlar ki... Deməli, onlar kişini itirməkdən qorxurlar. Mənə deyirlər ki, belə kişi xəstəsi olar? Bəli, mən Azərbaycan kişilərini çox sevirəm. Allah onları bizim xalqımıza çox görməsin. Kişini kişi edən qadındır".