İstanbul-Bakı reysi ləğv edildi

İstanbul-Bakı reysi ləğv edildi
2288 dəfə oxunub
  • A-
  • A
  • A+
İstanbulda yağan güclü qar səbəbindən Bakı-İstanbul-Bakı (J2 077/078) axşam reysi ləğv edilib.

Axşam.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, ləğv edilmiş reysin sərnişinləri sabah səhər reysinin (J2 075/076) sərnişinləri ilə birlikdə geniş füzelyajlı təyyarə ilə yola düşəcəklər.

Onu da qeyd edək ki, qarın yağması səbəbindən İstanbul hava limanı istiqamətində nəqliyyatın hərəkəti ciddi şəkildə çətinləşib.