"Eurovision 2022"nin loqosu və sloqanı təqdim edildi - Video

"Eurovision 2022"nin loqosu və sloqanı təqdim edildi - Video
386 dəfə oxunub
  • A-
  • A
  • A+

"Eurovision 2022" mahnı müsabiqəsinin komandası loqosunu və sloqanını təqdim edib.

Axşam.az xəbər verir ki, yarışma bu il mayın 10-dan 14-nə qədər İtaliyanın Turin şəhərində keçiriləcək.

Musiqili yarışmanın sloqanı "The Sound of Beauty" ("Gözəlliyin səsi") olub. Loqo isə səs dalğaları ilə hazırlanıb.

Qeyd edək ki, bu il 66-cısı keçiriləcək yarışmada Azərbaycan da iştirakını təsdiqləyib. Hazırda müsabiqədə səsləndiriləcək mahnının seçim turudur.