Canana uşaqlarını nə vaxt götürə biləcək? - Fotolar

Canana uşaqlarını nə vaxt götürə biləcək? - Fotolar
6476 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Canana arasındakı uşaqlarla bağlı apelyasiya məhkəməsi başa çatıb.

Axşam.az xəbər verir ki, məhkəmə qərarı ilə 3 uşağın qəyyumluğu atadan alınaraq anaya verilib.

Canana əməkdaşımızla söhbətində bildirib ki, hələ 2 aydan sonra qərar qüvvəyə minəcək:

"Vəkil dedi ki, qərar 2 aydan sonra qüvvəyə minəcək. Ondan sonra uşaqları götürəcəm. Amma bu müddətdə onlar yenidən başqa yerlərə şikayət edə bilər. Bu ərəfədə yenə görüşəcəm uşaqlarla. İstəyəndə götürürəm, mənimlə olurlar".

Aliment haqda suallara isə Canana "Alliment təyin olunacaq və ata ödəyəcək. Mənə fərq etmir, onsuz uşaqlara xərclənir. Əsas məni uşaqlar maraqlandırır" cavabını verib.