"Kişiyə corab geyindirməkdən xoşum gəlir"

"Kişiyə corab geyindirməkdən xoşum gəlir"
2147 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bu, qadının kişiyə heyranlığıdır. Bunun içində hörmət, sevgi var. Bunu kişi haqq etməlidir. Pis kişiyə qadın corab geyindirməz".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva "Elgizlə izlə" proqramında deyib. Aktrisa verilişdə Əməkdar artist Rəhman Rəhmanovun corablarını həyat yoldaşının geyindirməsi müzakirəsinə fikir bildirib.

Allahverdiyeva qeyd edib ki, qadının kişiyə corab, ayaqqabı geyindirməsini müsbət qarşılayır:

"Nə olar ki? Mənim üçün eyib deyil, nə olar ki, kişinin corabını geyindirsən? Mənim xoşum gəlir. Əgər ərim ona layiqdirsə, geyindirərəm. Qadın bunu etməyi özü istəyir. Məncə bu hörmətsizlik deyil. Layiq olsa, nəyinki corabını, ayaqqabısını da geyindirərəm. Kişi də bunu edib, görmüşəm.

Azərbaycanda kişi aktyorlar xoşbəxtdirlər. Qadınlar isə deyil. Bir çox aktyorların xanımları onların üstündə əsir. Allahverdiyev Yolçuyev elədir. Bizimkilər isə göz verib işıq vermir".

Qeyd edək ki, N.Allahverdiyeva ikinci həyat yoldaşından ayrıldığını açıqlayıb.