Yas üçün çadır quran şəxs həbs edildi, molla cərimələndi

Yas üçün çadır quran şəxs həbs edildi, molla cərimələndi
753 dəfə oxunub
  • A-
  • A
  • A+

Bərdə rayonunda yaşayış evinin həyətində yas mərasimin təşkil edənlər həbs edilib.

DİN Mətbuat Xidmətindən Axşam.az-a verilən məlumata görə, rayonun Xəsilli kəndində mərasimi təşkil edən Xudayar Allahverdiyevin əməlində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasının tərkib əlamətləri olduğuna görə fakta görə Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi cinayət işi başlanılıb. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Bununla yanaşı, yas mərasimində çadır xidməti göstərən Eltaş Şəmsəddinli İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə müvafiq olaraq məhkəmənin qərarı ilə 8 sutka, dini ayinləri icra edən Ramiz Allahverdiyev və digər 10 iştirakçı barəsində müvafiq olaraq 200 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.