Rəqsanədən həyat yoldaşına ad günü hədiyyəsi - Video

Rəqsanədən həyat yoldaşına ad günü hədiyyəsi - Video
11600 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Rəqsanə İsmayılova bu gün doğum gününü qeyd edən həyat yoldaşı Fazil bəyə "Məhəbbət" adlı mahnı həsr edib.

Axşam.az xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkədəki səhifəsində yazıb. O, bildirib ki, məşhur müğənni Yıldız Usmanovanaya məxsus olan bəstəni fərqli tərzdə oxuyub:

"Bu həyatda səni tanıdığım hər günə görə Allahıma təşəkkür edirəm. Sən çox gözəl insansan, Əmiraslanov. Ad gününü təbrik edirəm. Sənə arzum budur ki, canın sağ olsun, hər zaman ailəmizin başında olasan.

Nə yaxşı ki, varsan. Şəfiqə xanıma minnətdaram, sənin kimi dəyərli bir şəxsiyyət dünyaya gətirib. Hər zaman səninlə xoşbəxt olaq. Məni xoşbəxt edən insan".