Lalə ilə Elnarə arasında qalmaqal

Lalə ilə Elnarə arasında qalmaqal
4414 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elnarə Xəlilova onu zövqsüz adlandıran stilist Elnur Həsənova sərt reaksiya verib.

Axşam.az xəbər verir ki, ifaçı stilistin makiyajlarını pisləyib, onun işinə bəyənmədiyini vurğulayıb.

Elnurla yanaşı Elnarə onun yaxın dostu olan Əməkdar artist Lalə Məmmədovaya da söz atıb. Belə ki, o, Laləlinin "TRT" kanalında çıxışı zamanı geyiminin problem yaratmasını qınayıb.

L.Məmmədova da onun rəyini cavabsız qoymayıb. O, reaksiyasını bu sözlərlə ifadə edib:

“Həddini bilmədikdən sonra, çox şey bilmək mənasızdır. Susqunluq heç kimi çaşdırmasın, çünki susan danışsa dözən olmaz”.

Qeyd edək ki, L.Məmmədova mərhum müğənni Kayahanın xanımı İpek Acarın proqramında qonaq olub. Çəkiliş zamanı onun libasının sinə dekoltesinin bağlanması istənilib.