"Chanel" "zorakılığın qlamurlaşdırılması"nda ittiham olunur

"Chanel" "zorakılığın qlamurlaşdırılması"nda ittiham olunur
2957 dəfə oxunub
  • A-
  • A
  • A+

"Chanel"in Paris moda həftəsi çərçivəsində baş tutan növbəti təqdimatı tənqid olunub.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, brend təqdimat zamanı modellərin üzündə istifadə olunan makiyajla "zorakılığın qlamurlaşdırılması"nda ittiham ediblər.

Bu addım sosial media izləyicilərinin qəzəbinə səbəb olub. Onlar makiyajın avanqard üslubdan daha çox məişət zorakılığının təsviri kimi qiymətləndiriblər. Bəzi moda tənqidçiləri də bu fikirlərə qatılıb.

Bundan başqa, ümumilikdə sözügedən göz kölgəsinin pis göründüyü bildirilib.