Lətifə bunun üçün Türkiyəyə üz tutdu - Fotolar

Lətifə bunun üçün Türkiyəyə üz tutdu - Fotolar
1672 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Lətifə Soyuöz yenidən obyektiv qarşısına keçib.

Axşam.az xəbər verir ki, yeni yaratdığı saç baxım brendi ilə əlaqədar fotosessiya etdirən sənətçi türkiyəli fotoqraflara müraciət edib.

İstanbulda edilən fotosessiyada Lətifənin tərzi üzərində də türk stilistlər çalışıb.

"Geyimlər də özəl olaraq mənim üçün tikilib. Ən məşhur stilistlərlə çalışdıq. Hər zaman səviyyəli iş ərsəyə gətirməyə çalışıram. Bu, sənətimə verdiyim dəyərdən irəli gəlir" deyə, müğənni bildirib.