Azərbaycanlı məşhur zorlama ittihamı ilə İsveçdə həbs olunub - Fotolar

Azərbaycanlı məşhur zorlama ittihamı ilə İsveçdə həbs olunub - Fotolar
4940 dəfə oxunub
  • A-
  • A
  • A+

İsveçdə yaşayan azərbaycanlı tatu ustası Natiq Səttarov həbs edilib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, o, təcavüzdə ittiham olunur. Qeyd edilib ki, hadisə ötən ilin noyabrın 6-da Stokholmun mərkəzində yerləşən “Oxid bar” restoranında baş verib. Orada Jozef adı ilə tanınan Səttarov tanımadığı qadını ayaqyolunda zorlayıb. Məlumata görə, onun təcavüzünü restoranın digər qonaqlarının tualetin qapısını döyməsi dayandırıb.

Keçirilən tibbi müayinə zamanı qadında zorlamanın izləri aşkar edilib. Səttarov ittihamı rədd etsə də, Stokholm məhkəməsi fevralın 3-də onu 8 ay müddətinə azadlıqdan məhrum edib. 

Qeyd edək ki, Natiq Səttarov əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni avtomobil idarə etmək və saxta sənədlərdən istifadə etməkdə təqsirli bilinib. Onun mərhum meyxanaçı Ağasəlim Çıldağın nikahdankənar oğlu olması ilə bağlı məlumat yayılmışdı. Meyxanaçının qardaşı bunun yalan olduğunu söyləyib. N.Səttarov 2006-cı ildə İsveçdə siyasi sığınacaq alıb. Onun instaqramda 250 mindən çox izləyicisi var.