Xalq artisti Ağadadaş Ağayev uzun müddətdən sonra Azərbaycana qayıdıb.
Axşam.az xəbər verir ki, xərçəngdən əziyyət çəkən müğənni Türkiyədə müalicə alırdı. Ağayev ötən gün müalicəsinin bitdiyini və vətənə qayıtdığını bildirib:
"Bütün izləyicilərimi, millətimi, sevənlərimi ay yarımdan sonra gəlişimlə doğma Bakımızdan qucaq dolusu sevgilərimlə salamlayıram".
Qeyd edək ki, A.Ağayevdə xərçəng aşkarlanıb. İfaçı 6 dəfə əməliyyat olunduğunu açıqlamışdı. O, müalicəsini İstanbulda davam etdirirdi. A.Ağayevin həyat yoldaşı bir müddət əvvəl Axşam.az-a açıqlamasında bildirmişdi ki, sənətçi hər üç aydan bir müayinəyə getməlidir.