Xalq artisti Alim Qasımov Əlibaba Məmmədovun dəfn mərasiminə qatılıb.
Axşam.az xəbər verir ki, xanəndə mərhum həmkarı ilə bağlı xatirələrini bölüşüb. O bildirib ki, Ə.Məmmədov Azərbaycan mədəniyyətinin inkişafına böyük töhvələr verib.
A.Qasımov xanəndənin muğamlarından, sənətdəki işlərindən, tələbələrindən söz açıb. O bildirib ki, Ə.Məmmədovun vəfatı Azərbaycan mədəniyytinə böyük itkidir.
Foto: İlqam Cəbiyev