Pul verib bilet alsa da ayaqüstə qalıb: "Belə bərbad təşkilatçılıq görməmişdim"

Pul verib bilet alsa da ayaqüstə qalıb: "Belə bərbad təşkilatçılıq görməmişdim"
2883 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün bəstəkar Aygün Səmədzadənin "Eşq yağışı" adlı konserti keçirilib. 

Axşam.az xəbər verir ki, “Sahne Baku” restoranında baş tutan gecədə narazıçılıqlar yaşanıb. Belə ki, gecəyə bilet alıb gələn qonaqların bir çoxu ayaqüstə qalıb. Onların masasında başqa insanların otuzdurulduğu bildirilib.

Gecəyə gedən və şikayət edənlər arasında kosmetoloq Fidan Mustafayeva da yer alıb. O, bu haqda instaqramda hekayə bölümündə paylaşım edib. 

"Bərbad təşkilatçılıq. 2 həftə bundan əvvəl bilet almağıma baxmayaraq, mən və mənim kimi onlarla qonağın yerində başqa insanlar otuzdurulub. Sevimli bəstəkarımın musiqilərni dinləməyə gəlmişdim. Etika xatirinə qapıda 30 dəqiqə gözləməyimə baxmayaraq ora-bura qaçan "nəzakətli" personal 2 nəfərlik masa ayıra bilmədi. "Sahne Baku" sizin kimi bərbad və qeyri-peşəkar bir təşkilatçı hələ görməmişdim. Əgər bu məkana konsertə getməli olsanız "sürprizlərə" hazır olun" deyə, Fidan Mustafayeva paylaşımında qeyd edib. 

Ayaqüstə qalan qonaqlar biletə ödədikləri məbləği geri istəsələr də, məkanda çalışanlar buna etiraz ediblər. Həkim-kosmetoloq bldirilib ki, bileti bir nəfər üçün 150 manata alıb.