Əməkdar artist Xəyyam Nisanov Ağdama yollanıb.
Axşam.az xəbər verir ki, müğənni Novruz bayramı ilə bağlı çəkilişlərlə əlaqədar oraya gedib. Xəyyam fotolarını instaqram hesabında yayımlayıb.
"Bura Ağdamdır! Bizim Ağdam! Vaxtilə Ağdam Qarabağın ən inkişaf etmiş şəhəri, sənaye-ticarət mərkəzi idi. Ağdam həm də mədəni həyatın qaynadığı bir ocaq idi. Keçmiş zamanda ona görə deyirəm ki, düşmənin dağıdıcı nəfəsi buranı gördüyünüz vəziyyətə salıb. İndi artıq o keçmiş bitdi. Biz bu gün doğma torpaqlarımıza qayıtmışıq. Qayıtdıq ki, Vətən torpaqları yenidən canlansın. Əminəm ki, tezliklə bu divarlar yenidən hörüləcək, düşmənin izi-tozu da qalmayacaq. Bu torpaqlar uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu şad olsun" deyə, sənətçi paylaşımına qeyd edib.