Xalq artisti Şərqiyyə Hüseynovanın nəvəsinin toyu olub.
Axşam.az xəbər verir ki, məclis şəhər restoranlarından birində baş tutub. Aparıcının nəvəsi Ayan Tamerlan adlı bəylə ailə qurub.
Məclisdən fotoları aparıcı Lalə Azərtaş və digər qonaqlar sosial şəbəkədə yayımlayıb.
Qeyd edək ki, Ş.Hüseynovanın qızı Mehriban 2014-cü ildə dünyasını dəyişib.