Müğənni Elçin Cəfərov son vaxtlar instaqram səhifəsində etdiyi paylaşımlarla diqqət çəkib.
Axşam.az xəbər verir ki, sənətçi artıq bir ildən çoxdur fotolarının əksəriyyətində İstanbulda olduğunu qeyd edir. Elçinin ailəsi ilə bilrikdə Türkiyəyə köçdüyü bildirilib. O, işləri ilə bağlı Azərbaycana gəlib-gedir.
Cəfərov hətta ötən gün də İstanbulda qarlı havadan görüntülər yayımlayıb.
Qeyd edək ki, Elçin Xalq şairi Sabir Rüstəmxanlının qızı Aydanla ailə qurub. Cütlüyün Can adlı övladı var.