Nizami Kino Mərkəzində Xalq yazıçısı, Azərbaycan Kinematoqrafiya İttifaqının sədri Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir.
Axşam.az APA-ya istinadən xəbər verir ki, vida mərasimində Xalq yazıçısının ailəsi, mədəniyyət naziri Anar Kərimov, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva vida mərasiminə əklil göndərib. R.İbrahimbəyov Fəxri Xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, ağır xəstəlikdən əziyyət çəkən Xalq yazıçısı martın 10-da Moskvada vəfat edib.
***
Xalq yazıçısı, Azərbaycan Kinematoqrafiya İttifaqının sədri Rüstəm İbrahimbəyov Fəxri xiyabanda dəfn edilib.
Dəfn mərasimində Xalq yazıçısının ailə üzvləri, mədəniyyət naziri Anar Kərimov, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.