Əməkdar artist Gülüstan Əliyeva Xalq artisti Arif Babayevin yeni fotolarını yayımlayıb.
Axşam.az xəbər verir ki, G.Əliyeva xanəndənin artıq səhhətinin yaxşı olduğunu vurğulayıb.
"Bu günün ən gözəl mənzərəsi: Ustadımı yenidən kafedrada görmək çox sevinc verdi. Allah uzun ömürlər versin" deyə, muğam ifaçısı paylaşımına qeyd edib.
Qeyd edək ki, bir müddət əvvəl A.Babayevin səhhətində problem yaranmış və müalicə üçün xəstəxanaya yerləşdirilmişdi. A.Babayev Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının müdiridir.