Şou-biznes əhli Fatimənin ad gününə yığışdı - Fotolar

Şou-biznes əhli Fatimənin ad gününə yığışdı - Fotolar
9004 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, ötən gün rəqqasə Fatimə Fətəliyevanın ad günü olub. 

Axşam.az xəbər verir ki, sənətçi şəhər restoranlarından birində keçirdiyi məclisinə şou-biznes nümayəndələrini dəvət edib. 

Gecədə Fatimə qonaqların qarşısına ilk olaraq qara və qızılı rəngin qarışığı olan geyimlə çıxıb və başına tac qoyub. Zala kvadrosiklla gələn Fatimə hind rəqsi nümayiş etdirib.

Daha sonra qonaqları salamlayan sənətçi "Əvvəl həyəcanlı idim. Sonradan həyəcan keçdi. Sevən dostlarım məclisə gəldi. Sənətdə sözünü deyən xanımlar və bəylər məni tək qoymadı" deyə, bildirib. 

Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da yer alıb. 

Foto: İlqam Cəbiyev