İçərişəhərdəki restoranda lift qırıldı - 2 nəfər ağır yaralandı

İçərişəhərdəki restoranda lift qırıldı - 2 nəfər ağır yaralandı
1757 dəfə oxunub
  • A-
  • A
  • A+

İçərişəhərdə yerləşən restoranlardan birində lift qırılıb.

Axşam.az xəbər verir ki, hadisə nəticəsində iki nəfər ağır xəsarət alıb. Hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. 1988-ci il və 1978-ci il təvəllüdlü şəxslər hadisə nəticəsində çoxsaylı travmalar alıblar. Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var. Hər iki şəxs reanimasiyaya yerləşdirilib.

Xəsarət alan şəxslər 1988-ci il təvəllüdlü Məmməd Abdulsalamov və 1978-ci il təvəllüdlü Nadir Qəhrəmanovdur.