“Parkovşik”ə təpik atan qadın saxlanıldı

“Parkovşik”ə təpik atan qadın saxlanıldı
2360 dəfə oxunub
  • A-
  • A
  • A+

Sumqayıtda parklanma xidməti əməkdaşına hücum edən qadın polis tərəfindən saxlanılıb.

Axşam.az xəbər verir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, həmin qadının şəxsiyyəti müəyyənləşdirilib və o, polis əməkdaşları tərəfindən ərazi üzrə Polis Bölməsinə gətirilib: "Həmin qadın barəsindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə tədbir görülüb".

Xatırladaq ki, daha əvvəl sosial şəbəkələrdə maşından düşən bir qadın sürücünün "parkovşik"ə təpiklə vurduğunu əks etdirən görüntülər yayılmışdı.