Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov bir neçə gün əvvəl Bakıya gəlib.
Axşam.az xəbər verir ki, bloger Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşüb.
Hüseyn Leyla Əliyeva, əkizləri Mikayıl və Əli ilə çəkdirdiyi şəklini sosial şəbəkə hesabında paylaşıb. O bildirib ki, L.Əliyeva ilə Heydər Əliyev Mərkəzində sərgilənən klassik avtomobil sərgisində bir araya gəliblər.