İşğaldan azad edilən torpaqlarımız üçün Amerikada oxuyacaqlar

İşğaldan azad edilən torpaqlarımız üçün Amerikada oxuyacaqlar
802 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artistləri Brilliant Dadaşova, Nəzakət Teymurova və Əməkdar artist Abbas Bağırov Amerikaya gedir. 

Axşam.az xəbər verir ki, müğənnilər Vaşinqtonda konsert verəcəklər. Konsert mayın 3-də keçiriləcək. 

Mədəniyyət nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir xeyriyyə xarakteri daşıyır. Tədbirdən əldə olunan gəlir işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün lazım olan işlərə sərf olunacaq. Eyni zamanda bilet satışından əldə olunan bütün gəlirlər yüksək təlim keçmiş minaaxtaran itlərin alınmasına və Azərbaycana göndərilməsinə xərclənəcək.

Kennedi Mərkəzində keçiriləcək "Orxideyanın səsi" adlı xeyriyyə konsertində bir çox digər musiqiçilər də yer alacaqlar.