Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov sosial eksperiment aparmaq üçün Azərbaycanın ucqar bölgələrindən birinə yollanıb.
Axşam.az xəbər verir ki, 21,1 milyon izləyicisi olan Hüseyn bunun üçün köhnə "Mercedes" avtomobili seçib. O, özü ilə TikTok-da məşhurlaşan Aydanı da aparıb.
Yolboyu görüntüləri instaqramında paylaşan bloger bir çox insanların onu tanıdığını vurğulayıb. Hüseyn daha sonra internetin belə olmadığı ucqar kəndə getdiklərini bildirib. O əlavə edib ki, gecəni meşədə keçirəcəklər.
Həsənov "Tanımadığımız insanların qapısını döyəcəyik. Görək kim bizi qəbul edəcək və yemək verəcək. Həmin şəxs sonda çox yaxşı hədiyyə qazanacaq" deyə, söyləyib.