Hüseyn qonaq olduğu azərbaycanlı ailəyə pul verdi - Video

Hüseyn qonaq olduğu azərbaycanlı ailəyə pul verdi - Video
3550 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov sosial eksperiment aparmaq üçün Azərbaycanın ucqar bölgələrindən birində olub.

Axşam.az xəbər verir ki, bloger Hüseyn Lahıc kənd sakinlərindən birinin evində qonaq olub. Onu tanımayan insanlarla gecəni keçirən Hüseyn səhər oradan ayrılarkən ev sahibəsi yaşlı xanıma pul verərək təşəkkür edib. 

"O, məni uzun müddət danladı ki, hər şeyi olduğu kimi əvvəlcədən ona deməmişəm. Amma indi onda mənim şəxsi nömrəm var" deyə, bloger yazıb.

Hüseyn sonda "Milyonlarla insan bu dünyada mehriban insanların olduğunu gördü. Bu ailəni isə ömrümün sonuna qədər xatırlayacağam" sözləri ilə səyahətinin yekunlaşdığını bildirib.

Qeyd edək ki, o, səfərini TikTok-da məşhurlaşan Aydanla həyata keçirib.