Nadir bu dəfə Danimarkada - Fotolar

Nadir bu dəfə Danimarkada - Fotolar
1388 dəfə oxunub
  • A-
  • A
  • A+

"Avroviziya" təmsilçimiz Nadir Rüstəmlinin Avropa turu davam edir. 

Axşam.az xəbər verir ki, müğənni bu dəfə Danimarkaya gedib. Nadir orada səhnə məşqləri etdiyini vuğulayıb:

"Danimarkadan salamlar. Bu gözəl insan və çox istedadlı rejissorla (Mads Enggaard - red.) birgə məşqlərdəyik. Təsəvvür edin, mənim "Avroviziya"da birinci ilim, Mads üçün 18-cüdür".

Qeyd edək ki, "Avroviziya" mayın 10-dan 14-nə kimi İtaliyanın Turin şəhərində keçiriləcək. Nadir müsabiqədə Azərbaycanı "fade to black" mahnısı ilə təmsil edəcək. 

Xatırladaq ki, müğənni bundan əvvəl İspaniyaya yollanıb.