"Anasını öldürən oğluna yazıblar ki, "halaldır"

"Anasını öldürən oğluna yazıblar ki, "halaldır"
27484 dəfə oxunub
  • A-
  • A
  • A+

"Dostlar, camaat, nə olub sizə? Niyə bu qədər dəyişmişik? Bu artıq neçənci cinayyət hadisəsidir? Axı necə? Qarşıma qadın şəkli çıxdı, 15 yaşlı oğlu tərəfindən öldürülən qadın".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni İlhamə Qasımova övladı tərəfindən qətlə yetirilən qadınla bağlı fikirlərini bölüşərkən bildirib. Sənətçi qeyd edib ki, insanların bu cür cinayyət hadisələrinə şərhi çox sərtdir:

"Şərhləri gördüm, şoka düşdüm: "Zor eləyib öldürüb", "Halaldır oğlana", "Bilinir niyə öldürüb, əcəb edib", "Həbsxanada şah kimi yaşayacaq, halaldı ona" və sair... İnanın ki, hər 3 kişi şərhindən sonra 5 qadın şərhi gəlir. Bu "qeyrəti" islamla əlaqələndirirksə, bəs insan həyatının itməsi və böhtanlara görə qorxmuruq Allahdan?".