Zəfər Qurultayı ilə bağlı konsert proqramı keçirilir - Fotolar

Zəfər Qurultayı ilə bağlı konsert proqramı keçirilir - Fotolar
668 dəfə oxunub
  • A-
  • A
  • A+

Aprelin 22-də Şuşa şəhərində işə başlayan Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı konsert proqramı ilə davam edir.

Axşam.az "Report"a istinadən xəbər verir ki, konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Mərasimdə folklor və rəqs qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri, xanəndələr çıxış ediblər.

Konsertdən sonra “Xarıbülbül” Qonaq Evinin ziyafət salonunda qurultay iştirakçıları üçün rəsmi ziyafət veriləcək.

Qeyd edək ki, aprelin 23-də başa çatacaq Zəfər Qurultayında 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edir.

Xatırladaq ki, Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay isə 2016-cı ildə keçirilib.