Həsən Əblucun xatirəsi yad olunub - Fotolar

Həsən Əblucun xatirəsi yad olunub - Fotolar
728 dəfə oxunub
  • A-
  • A
  • A+

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində unudulmaz aktyor və rejissor, bədii qiraət ustası, pedaqoq, Əməkdar artist Həsən Əblucun 80 illiyi münasibətilə xatirəsi anılıb.

Axşam.az xəbər verir ki, tədbiri giriş sözü ilə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova açaraq aktyorun keçdiyi sənət yoluna nəzər salıb.

Muzeyin elmi katibi Aytən Məmmədova sənətkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.

Tədbirdə çıxış edən sənətkarın ailə üzvləri və sənət dostları onun həm aktyor, həm rejissor, həm də bir şəxsiyyət kimi keçdiyi ömür və böyük sənət yolundan söhbət açıb, xatirələrini bölüşüblər.

Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını əks etdirən və muzey əməkdaşları tərəfindən hazırlanmış videoçarx nümayiş olunub. Həmçinin onun həm oynadığı, həm də quruluş verdiyi tamaşalardan və çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunub.

Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin konsert proqramı ilə davam edib.