Xalq artisti Məleykə Əsədovanın 56 yaşı tamam olub.
Axşam.az xəbər verir ki, aktrisa özəl gününü evində keçirib. Məclisə Əsədovanın qohumları, yaxınları qatılıb.
Aktrisa evində olan məclisdən fotoları izləyiciləri ilə bölüşüb.
"Doğum günümü evimdə, ailəmlə birlikdə keçirtdim. Ad günüm Ramazan ayına təsadüf etdiyi və doğmalarım oruc tutduğu üçün iftar süfrəsi arxasında çox şən və maraqlı oldu" deyə, M.Əsədova bildirib.