Bəhramdan məmur tərəfindən döyülən sürücü ilə bağlı ironik - Video

Bəhramdan məmur tərəfindən döyülən sürücü ilə bağlı ironik - Video
19861 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Bəhram Bağırzadə bir neçə gün əvvəl Bakıda “Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsünün motosiklet sürücüsünü vurması və təhqir etməsinə ironik yanaşıb.

Axşam.az xəbər verir ki, aktyor bununla bağlı video çəkib və sosial şəbəkə hesabında yayımlayıb.

Başına kaska taxan və motosikletdə oturan Bağırzadə kənarda ona qışqıran "Korsan, bir bax da, az qala maşını vurmuşdun"  deyən şəxsə "Nə qışqırırsan? Qoymursunuz işləməyə" cavabını verib.  

Qeyd edək ki, Bəhram Bağırzadə bundan əvvəl Daxili İşlər Nazirliyi (DİN) tərəfindən yayımlanan qayda pozan vətəndaşların üzr videolarına ironik münasibət bildirib.