Nadir "Avroviziya"nın açılış mərasimində - Fotolar

Nadir "Avroviziya"nın açılış mərasimində - Fotolar
1257 dəfə oxunub
  • A-
  • A
  • A+

İtaliyanın Turin şəhərində "Avroviziya" mahnı müsabiqəsinin açılış mərasimi keçirilib. 

Axşam.az xəbər verir ki, 40 ölkədən olan təmsilçilər "Firuzəyi xalça" üzərindən keçiblər. "Venaria Palace"da baş tutan açılış mərasimində Azərbaycan təmsilçisi Nadir Rüstəmli, nümayəndə heyətinin rəhbəri İsa Məlikov və mətbuat rəhbəri İlahə Dadaşova media qarşısına çıxıb.

Nadir media nümayəndələrinin suallarını cavablandırıb. Təmsilçimiz daha sonra italyan müğənnisi Andrea Boçellinin "Con Te Partiro" mahnısını ifa edib.

Qeyd edək ki, Nadir Azərbaycanı "Fade to black" mahnısı ilə təmsil edir. O, mayın 12-də ikinci yarımfinalda səhnəyə çıxacaq.