"Onlarla üz-üzə gəlmək istəyirəm" - Nadir Rüstəmli+Fotolar

"Onlarla üz-üzə gəlmək istəyirəm" - Nadir Rüstəmli+Fotolar
2111 dəfə oxunub
  • A-
  • A
  • A+

"Çox həyəcanlıyam. Dünən münsiflər qarşısında şou idi, daha çox həyəcan keçirirdim. Səhnəyə alışdım, yaxşı alındı. Bu axşam hər şey daha yaxşı olacaq. Kənardan eşitdiyim təriflərə əsasən desəm, artıq qalibəm. Hər zaman tərif eşidirəm. Amma səslər o qədər dəyişir ki, 1 saniyədə rəqəmlər qalxır və ya enir".

Bu sözləri Axşam.az-a açıqlamasında "Avroviziya" təmsilçimiz Nadir Rüstəmli deyib. Bu gün ikinci yarımfinalda səhnəyə çıxmağa hazırlaşan müğənni təəssüratlarını, həyəcanını paylaşıb.

Nadir müsabiqə üçün oxuduğu "Fade to black" mahnısı haqda fikirlərini bölüşərkən "Mənə mahnı ilə bağlı bircə irad olub: Deyirlər ki, mahnı coşdurur, qəfildən ritm azalır, gərək olmazdı. Amma nə edək, artıq dəyişməyə imkanımız yoxdur. Klip haqqında isə ancaq tərif gəlir. Bəziləri geyimi bəyənmədi. Amma çoxu anladı ki, səhnəyə, şouya uyğundur" sözlərini söyləyib. 

İfaçı "Fade to back" mahnısının və klipinin mənasını belə açıqlayıb:

"Bu mahnının həyatımda böyük rolu var. Sanki mənim üçün yazılıb. Biz keçmişlə yaşayan insanlarıq. Yaxşı və pis xatirələrlə yaşayırıq. Pis xatirələri qoyub getmək çətin deyil. Yaxşı isə çətindir. Keçmişindən qurtulmalısan. Keçmiş keçmişdir, təşəkkür et, gələcəyə bax. Şouda pilləkənlərlə qalxdıqca, qorxularımı axtarıram, xatirələrimlə üz-üzə gəlmək istəyirəm. Mesajım odur ki, siz bunu edə bilərsiniz. Səsimi isə silah kimi istifadə edirəm və qalib gəlirəm".

Nadir builki təmsilçilər arasında bəyəndiklrini də sadalayıb:

"Belçika, Avstraliya, İsveçrə, Ukrayna və Britaniyanın mahnısını bəyənirəm".

Zəhra Əhmədova