"Onu görəndə məni ağlamaq tutdu" - Eldar+Fotolar

"Onu görəndə məni ağlamaq tutdu" - Eldar+Fotolar
3246 dəfə oxunub
  • A-
  • A
  • A+

"Çox xoşbəxtəm. Bir neçə saat əvvəl Nadir səhnədə mahnısını oxudu. Oturub zalda onu izləyirdim, məni ağlamaq tutdu. Onunla fəxr etdim, göz yaşımı saxlaya bilmədim. Amma axşam pozitiv olmalıyıq".

Bu sözləri Axşam.az-a açıqlamasında "Avroviziya 2011" qalibi Eldar Qasımov deyib. Müğənni tələbəsi, builki müsabiqədə Azərbaycanı təmsil edən nadir Rüstəmli haqda danışıb. Eldar mahnı haqda fikirlərini bölüşüb: 

"300 mahnı gəlmişdi, dörd mahnı mənə göstərildi. Mən də "Fade to black" mahnısını birinci sırada qoydum. Mürəkkəbdir, gözəl ifa olunandır və Nadirin özünə, təbiətinə, səsinə yaraşır".

Eldar Nadirin "Avroviziya"ya seçilməsi və hazırlanması ərəfələrini xatırlayıb:

"İlk dedim əladır, amma bizi necə təmsil edəcək? Avropanı necə fəth edə bilər? Düşündüm ki, nə cür mahnı ola bilər və özünü necə göstərə bilər? Komanda yığıldı və gözəl nəticə əldə edildi. Müsabiqə üçün olan heç bir işə müdaxilə etmədim, sadəcə müzakirələrdə yer aldım. Nadirlə tez-tez görüşürdüm və daxili dünyasına önəm verirdim. Mənə onun ruhi sağlamlığı və sakitliyi lazım idi. Çox istəyərəm birinci olaq. Ən azından ilk beşlikdə yer alaq. Nadir buna layiqdir. Hərdən "Səs Azərbaycan"dakı məşqlərə gecikirdi, sözümə baxmırdı. Amma çox səmimidir və məni ələ alır. Avropa izləyiciləri o qədər ifaçı görüb ki, onlara səmimiyyət lazımdır. Ətrafdan da Nadirlə bağlı gözəl fikirlər səslənir. Bizim mahnını zümzümə edirlər".

Eldar dünyada yaşayan azərbaycanlılara da səslənib:

"Bizi bütün dünyada oxuyacaqlar, ona görə də səslənirəm: Birliyimizi göstərək, səs göndərək. Hər bir azərbaycanlıya yer tutmağımız xoş olan haldır".

Zəhra Əhmədova