"Sənətə aidiyyəti olmayanlar varsa, necə rahat hiss edə bilərsən?"

"Sənətə aidiyyəti olmayanlar varsa, necə rahat hiss edə bilərsən?"
599 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Aygün Bəylər “Sözbaz” verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, ifaçı ailəsindən yanında heç kimin qalmadığını deyib: “Heç kim yoxdur. Övlad da özü üçün. O da böyüyəcək. Bir ana kimi borcumdur ki, övladımı boya-başa çatdırım. Vətənimə, xalqıma layiq övlad yetişdirim. 13 yaşı var”.

O, yaradıcılığında yaşadığı eniş-yoxuşlardan da söhbət açıb:

"Həyatımın çox ağır mərhələsini yaşayıram. Elə bir nöqtədə dayanıb ki, musiqi, fikirlər, hər şey. Studiyam, orkestrim yoxdur ki, məndə olanları göstərim. Halbuki ömür boyu çalışmışam ki, olsun. Əziyyət çəkmişəm. Olub da. 16 yaşımdan şəxsi ansamblım olub.

Əgər sənətə aidiyyəti olmayan insanlar varsa, necə onların içinə girib özünü rahat hiss edə bilərsən? Sən əziyyətlə gəlmisən, o, isə bilmirsən... Əgər qeyri-adi istedadı varsa, ikiqat əyilərəm qarşısında. Yoxdur axı, bir, ya iki, üç, beş varsa, böyük şeydir.

Xalqın sevgisini elə qazanmışam ki, o pullar mənə lazım deyil. Toylardan kisələrlə pullar qazanırdıq. O pullar mənə nə edəcəkdi, əgər mənim ruhum doymur, zövq almırsa".