Aybəniz Haşımova Şuşadan danışıb ağladı - "Bu, yuxu deyil"

Aybəniz Haşımova Şuşadan danışıb ağladı - "Bu, yuxu deyil"
1386 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Aybəniz Haşımova ötən gün “Gün başladı” proqramında qonaq olub.

Axşam.az xəbər verir ki, o, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalındakı çıxışından danışaraq göz yazlarına hakim ola bilməyib.

“Şuşa tamamilə başqa ab-havada idi. Hər yer yamyaşıl, lalələr, çiçəklər açmışdı. Sanki bir körpə idi, yenidən dünyaya gəlmişdi. Ən xoşbəxt vətəndaşlardan biriyəm ki, nəhayət arzum gerçəkləşdi. 30 il “Vətəndən pay olmayır”ı oxudum hər yerdə. Hər çıxışdan sonra deyirdim ki, gün gələcək və bu bəstəni Şuşada oxuyacağam. Əgər o günü görməsəm bu dünyadan gözləri açıq gedəcəyəm. Çox şükür Allaha ki, o günü yaşadım. Kulisdə dayanıb səhnəyə çıxmazdan əvvəl öz-özümə dedim: “Bu, yuxudur!” Amma gördüm ki, bu, yuxu deyil - arxada yaşıl meşə, dağlar var” deyə, müğənni deyib.

Qeyd edək ki, A.Həşimova sözügedən mahnını təsisçisi və bədii rəhbəri olduğu “Bülbüllər” qrupu ilə birgə ifa edib.